Ukraynaya təhvil verilən F-16 bazar ertəsi qəzaya uğrayıb.
interpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bildirilir ki, Amerika istehsalı olan ilk təyyarənin Ukraynaya gəlişindən cəmi bir neçə həftə sonra qəza baş verib.
ABŞ rəsmisi bildirib ki, Ukraynaya məxsus F-16 qırıcı təyyarəsi Amerika istehsalı olan ilk təyyarənin Ukraynaya çatmasından bir neçə həftə sonra bazar ertəsi qəzaya uğrayıb.
Nəşrin məlumatına görə, mövcud məlumatlar təyyarənin avqustun 26-da kütləvi atəşə tutulması zamanı məhv edilsə də, düşmən atəşi nəticəsində məhv edilmədiyini göstərir.
Xuraman Etibarlı
İnterpress.az