“Vətən naminə Tavuş” etiraz hərəkatını mən maliyyələşdirməmişəm.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan jurnalistlərə açıqlamasında deyib.
Koçaryan “Vətən naminə Tavuş” etiraz hərəkatının onun tərəfindən maliyyələşdirilmədiyini bildirib.
O qeyd edib ki, hərəkatın lideri arxiyepiskop Qalstanyan bunu özü istəməyib ki, “insanlar bunun keçmiş prezidentlərin layihəsi olduğunu düşünməsinlər”.
Xatırladaq ki, mayın 4-də Qalstanyanın rəhbəri olduğu “Vətən üçün Tavuş” hərəkatı 4 Azərbaycan kəndinin qaytarılmasına etiraz olaraq Tavuş rayonundan İrəvana yürüşə başlayıb.
Mayın 9-da Qalstanyan Paşinyanı istefaya çağırıb. Mayın 10-dan İrəvanda mütəmadi olaraq itaətsizlik aksiyaları keçirilir.
Sentyabrın 22-də Qalstanyan müxalifətlə birlikdə “aktiv mübarizəni” bərpa etmək qərarını elan etdi və bugünkü mitinqi elan edib.
Xuraman Etibarlı
İnterpress.az