X müharibə cinayətləri ilə bağlı çağırışlardan sonra Ağ Ev məsləhətçisinin hesabını qadağan edib.
İnterpress.az xəbər verir ki, ABŞ-nin “sülh məsələləri üsrə müşaviri” Metyu Brodskinin “Network X” hesabı İsraili BMT-nin sülhməramlı qüvvələrinə qarşı müharibə cinayətləri törətməyə çağırdıqdan sonra bloklanıb.
İrlandiyalı publisist və nüfuzlu Kate Wuds oktyabrın 8-də müharibə cinayətləri törətmək çağırışına diqqət çəkib.
“Metyu Brodskinin irlandlara qarşı zorakılığı tərifləməklə bağlı uzun bir tarixi var”, – Vuds yazıb.
Tramp administrasiyası dövründə Ağ Evin keçmiş müşaviri Metyu Brodski İsrail əsgərlərini BMT-nin Livanın cənubunda müvəqqəti qüvvəsinin bir hissəsi olan İrlandiya qoşunlarının üzərinə xalça bombası və napalm atmağa çağırıb.
Xuraman Etibarlı
İnterpress.az