Xəstəlik və əlillik təqaüdləri vədi ilə 4 nəfərin 30 min manatı ələ keçirən şəxs həbs olunubbackend

Xəstəlik və əlillik təqaüdləri vədi ilə 4 nəfərin 30 min manatı ələ keçirən şəxs həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən Mikayıl Mirzəyev saxlanılıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları M.Mirzəyevi saxlayıb. Məlum olub ki, o, bu məqsədlə dörd nəfər şəxsin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

“M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər”, – məlumatda qeyd olunub.