Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.
İnterpress.az verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.
İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər.
Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Haqq və Demokratiya Partiyası (ƏHD) 2, Böyük Azərbaycan Partiyası (BAP) 1, Respublikaçı Alternativ (ReAl) 1, Milli Cəbhə Partiyası (MCP) 1, Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Demokratik İslahatlar Partiyası (ADİP) 1, Böyük Quruluş Partiyası (BQP) 1 və Milli İstiqlal Partiyası (AMİP) 1 nəfərlə təmsil olunacaq.
Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.