Moskvada taksi sürücüsü yəhudi olduğu üçün ravvini aparmaqdan imtina edib. Ertəsi gün sürücünü xidmətdən bloklayıblar.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Moskvada taksi sürücüsü ravvin Mixoel Stavropolskinin yəhudi olduğunu öyrəndikdən sonra onu aparmaqdan imtina edib.
Preobrajenski İstintaq İdarəsi vəziyyətlə maraqlanıb. İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə dindarların dini hisslərini təhqir etdiyinə görə başlanıb.
“Yaxad” gənclər təşkilatının ravvini Mixoel Stavropolski bu gün Sokolnikidəki dağ yəhudiləri icmasının binasına taksi çağırıb.
Özbəkistan vətəndaşı olan sürücü Abror A. dərhal sərnişinə “Yəhudisən?” sualını verib, müsbət cavab eşidib və onu aparmaqdan imtina edib.
Dəstəklə əlaqə saxladıqdan sonra sürücü bloklanıb.
Xuraman Etibarlı
İnterpress.az