Zelenski ABŞ-nin nüfuzlu rəsmiləri Uitkoff və Kuşnerlə DANIŞDIbackend

Zelenski ABŞ-nin nüfuzlu rəsmiləri Uitkoff və Kuşnerlə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və Ağ Evin keçmiş böyük məsləhətçisi Cared Kuşner ilə telefon danışığı aparıb.

Mənbələrə istinadən verilən məlumata görə, baş tutmuş söhbətin və müzakirə olunan mövzuların təfərrüatları hələlik ictimaiyyətə açıqlanmır.

Ekspertlər qeyd edirlər ki, bu təmaslar Ukrayna rəhbərliyinin ABŞ-nin hazırkı administrasiyasının mühüm nümayəndələri və nüfuzlu şəxsləri ilə əlaqələrini gücləndirmək cəhdləri çərçivəsində baş tutur.

Xatırladaq ki, həm Stiv Uitkoff, həm də Cared Kuşner ABŞ-nin daxili və xarici siyasətində, xüsusən də Ağ Evin qərarlarının qəbulu prosesində olduqca mühüm təsirə malik şəxslər hesab olunurlar.

Xuraman Etibarlı

İnterpress.az