Kağızlara həyat verən zavoddan- REPORTAJbackend

Kağızlara həyat verən zavoddan- REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun zamandır ki, \”ASAN Xidmət\” in “Yaşıl dağ” sosial aksiyası keçirilir. 3 aya yığılan 79 ton kağız emala göndərilib.

Nəticədə bütün kağız tullantıları sıfır itki ilə istifadəyə yararlı olur və onlara yeni həyat verilərək qablaşdırma materialları üçün kağızlar istehsal edilir.

İnterpress.az-ın əməkdaşı yenidən emalın hansı proseslərdən keçdiyini müşahidə etmək üçün istifadə olunmuş kağızları təhvil alan “Azərsun Holding “ Şirkətlər Qrupuna daxil olan “ Azərbaycan Kağız və Karton İstehsaltı Kombinatı” nın – Sumqayıt Şəhərində yerləşən Xam Kağız İstehsalı Zavodunda olub və kağızçıların bir günlük işini müşahidə edib. Zavoddan hazırlanan reportajı oxuculara təqdim edirik:

-Deyəsən ayağımız bir qədər düşərli olmadı… işıqlar sönmüşdü! (İşıqların sönmə səbəbi: yüksək qabaritli yükün zavod ərazisinə yaxın yerləşən sahədən keçdiyindən Azərİşıq tərəfindən elektrik xəttləri ayrılır) Zavodda iş müvəqqəti olaraq dayanıb. Təbbi ki, bu bizim yollandığımz ünvandan əliboş geri qayıtmağımıza səbəb ola bilməz.

İşin əvvəlindən- çeşidlənmə məntəqsindən başlayaq!

Respublikamızın müxtəlif regionlarında qurulmuş toplama mərkəzlərindən toplanmış tullantı kağızlar ( Gəncə, Sumqayıt və Bakının vəs ) zavodun çeşidləmə-presləmə sahəsinə gətirilir. Xüsüsi texnikalar vasitəsiylə bu tullantı kağızlar lentli konveyerin qəbuledicisinə verilir. Burada işləyən əməkdaşlar lentli konveyerə tökülmüş tullantı kağızların içərisindən ilkin çeşidləmə işini həyata keçirir, yenidən emala verilən tonlarla kağızların içərisindəki yad maddələri təmizləyirlər.
Bizə bələdçilik edən zavodun istehsalat müdiri Əli Məmmədov prosesləri izah edir:

Kağız xəmirinin hazırlanması prosesi.

Çeşidləmə sahəsindən gələn tullantı kağızlarının tələb olunan miqdarda hərəkətli konveyerə ötürülür. Konveyer bu kağızları daşıyaraq hidropulper avadanlığına (kağız xəmrini formalaşdıran avadanlıq) ötürür. Burada kağızla su müəyyən konsentrasiyada qarışdırılaraq və böyük kağız parçaları doğranaraq kağız xəmirinin formalaşması prosesi gedir. Eyni zamanda bu sahədə mövcud olan xüsusi avadanlıqlar (Contaminex, İntensamax) vasitəsilə kağız xəmirinin içərisində olan yad materiallardan kobud təmizlənmə (yəni içərisində olan böyük plastik hissələr, kağız olmayan maddələr təmizlənməsi) prosesi yerinə yetirirlir.

Belə ki, hidropulperin içrisində davamlı olaraq işləyən quyruq mexanizmi ilə böyük və yüngül olan plastik materiallar, contaminex və intensamax, drum screen avadanlıqları ilə isə kağız olmayan digər yad cisimlər kağız xəmirindən davamlı olaraq ayrılır, kağızın tərkibində olan böyük ölçülü, qum, daş, şüşə, metallar və s. ayrılır və kağız xəmiri sonrakı istehsalat prosesinə (təmizləmə və stoklama bölümünə ) ötürülür.

Kağız xəmiri hazırlama bölməsində iki ədəd konveyer fəaliyyət göstərir. Bu isə müştəri istəyinə uyğun olaraq alt və üst qatları müxtəlif tip tullantı kağızlarından və ya müxtəlif rənglərdən olan flüting, ( kartonların orta qatı üçün kağızlar ) liner (kartonların alt və ya üst qatı üçün kağızlar) kağızları istehsalına imkan verir.

Növbəti Təmizlənmə və Stoklama mərhələsi

Kağız xəmiri hazırlama bölməsində xəmir halına salınmış və ilkin olaraq təmizlənmış kağız xəmiri yenidən daha dərindən təmizlənməsi və stoklanması üçün bu sahəyə verilir. Qeyd edilən sahədə bir-birinə bənzəyən lakin texnoloji olaraq fərqli olan avadanlıqlarda kağız xəmiri mərhələli şəlidə təmizlənir. Təmizlənmə prosesləri zamanı yaxşı təmizlənə bilməsi üçün kağız xəmirinin konsentrasiyası çox aşağı tutulur (su kağız nisbəti 1.2-2 % olur).

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Ardıcıl olaraq xəmir Birinci kodud təmizləmə ələyi, ikinci kobud təmizləmə ələyindən keçirilirərək içərisində olan və ölçüsü xəmirdən böyük olan hissələrdən ( əsasən plastik materiallar və penoplast, müxtələif kirliliklərdən ) təmizlənir. Sonra isə dairəvi seperator ələyində ayrılmış tullantıların təkrarən təmizlənməsi həyata keçirilir və bu son olaraq lazımsız olan ayrılmış yad maddələri ayırıb çölə atır. Kağız istehsalatında xəmirin tərkibində olan bütün yad maddələri birdəfəyə tutmaq olmur. Bunun üçün də proses mərhələlərlə həyata keçirilir. Ona görə də sonra kağız xəmiri tərkibində olan əlyaflara ayırma avadanlığına ( fraksianator) daxil olur . Burada xəmir tərkibcə uzun və qısa əlyaflar olmaqla bir-birindən ayrılır.

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Uzun əlyaflar-uzun əlyafların ölçüsü nisbətən böyük olduğu üçün içərisində yad maddələrin qalma ehtimalını diqqətə alaraq xəmirin daha dərin təmizlənməsi üçün təkrar olaraq ələklərdə incə təmizlənməsi prosesi həyata keçirilir. Xəmir yenidən birinci və ikinci incə təmizləmə ələklərdində keçirilir. Bundan sonra isə uzun əlyaflarda təmizləmə prosesi bitdiyindən prosesin əvvəlində ona verilmiş böyük miqdarada suyun geriyə alınması tələb olunur. Bunun üçün də konsentrasiya artırma ələklərindən (təksif ələkləri də deyilir) keçirilərək konsentrasiya 5-6 % hədlərinə qədər yüksəldilir.

Sonra konsentrasiyası yüksəldilmiş uzun əlyaflardan ibarət kağız xəmiri istehsal olunan kağızın cırılmağa, qopmağa və partalamağa qarşı müqavimətinin yüksək olması üçün əlyaf üyütmə və saçaqlandırma avadanlıqlarından (rifaynerlərdən) keçirilir. Qısa əlyaflar- ayrılmış qısa əlyafların tərkibində incə qumların olması ehtimalını diqqətə alaraq qısa əlyaflar incə qum təmizləyici avadanlıqlardan (klinerler) keçirilir.

Bu avadanlıqlarda onun tərkibində olan olduqca kiçik, incə qumlar belə tutulur. Sonra isə uzun əlyaflarda olduğu kimi konsentrasiya artırma avadanlığından keçirilir və prosesin sonrakı mərhələsinə hazır hala gətirilir. Sonrakı mərhələdə texnoloqun hazırladığı reçepturalar əsasında uzun və qısa əlyaflar tələb olunan nisbətdə hovuzlarda qarışdırılır və konsentrasiyası sabitlənərək kağız istehsalı xəttinə verilir. Bütün kağız xəmiri hazırlanması və təmizlənməsi prosesini DCS operatoru adlanan operator tərəfindən bilgisayarlar üzərindən mütəmadi olaraq izlənilir və prosesin bütün mərhələləri nəzarətdə saxlanılır.

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağız istehsalı xətti.

İçərisindəki yad cisimlərdən təmizlənmiş və tələb olunan nisbətdə uzun və qısa əlyaflardan ibarət olan kağız xəmiri olduqca aşağı konsentrasiyaya sabitlənərək (0.8 % konsentrasiyada) kağız istehsalı xəttinə ötürülür. Burada xəmir təkrarən inspeksiya edilirərək (ələkdən keçirilir və təmizlənir) avadanlığın hərəkətli sonsuz ələk bölməsinə verilir. Burada onun xəmirin suyu əvvəlcə ağırlıq qüvvəsi hesabına bu ələyin gözənəklərindən süzülür, daha sonra isə vakuum vasitəsiylə sorularaq suyu alınır. Bundan sonra kağızın tərkibində quru maddə 20 %-ə çatdırılır.

Daha sonra kağız press bölməsinə verilir. Burada iki mərhələdə sıxılaraq kağızın quru maddəsi 50 %-ə çatdırlır. Bundan sonra kağız 6 qrupdan ibarət olan qurutma bölməsinə daxil olur. Qurutma bölməsində olan dairəvi ,dönər silindrlər içərisinə buxar verilərək hərəkət edən kağızın qurudulması təmin edilir. Burada texnoloji prosesə uyğun olaraq kağız müəyyən rejimlə qurudulur. 4-cü qrutma bölməsindən sonra kağızın üst səthinin hamar olması və müqavimətinin daha yaxşı olması üçün kağızın səthlərinə nişasta yapışqanı əlavə edilir.

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Keyfiyyət.

Bütün proseslər QCS – keyfiyyətə nəzarət sistemi tərəfindən avtomatik olaraq nəzarətdə saxlanılır. Burada olan iki ədəd davamlı hərəkət edən avadanlıqlar ( scaynerlərin köməyi ilə kağızın keyfiyyəti nərzarətdə saxlanılır.

Son mərhələlər

Hazırlanmış və sarınmış kağız tamponu kəsmə bölümünə endirilir və burada müşətrinin istədiyi diametrdə və ölçüdə rulonlar şəklində kəsilir,sarınır, etiketlənir və anbara təhvil verilir.

Bəs bu kağızlar necə dizinfeksiya olunur?

İnfeksiyanın qarşısını almaq üçün zavodda azonlaşdırma sistemi mövcuddur. Bu sistemdə kağız xamırına azon vurulur və bütün mikrobları zərərsizləşdirir. Eyni zamanda qrutma prosesi yüksək tempuraturda getdiyi üçün bu temperaturda baketriyalar olmur.

Bütün bu proseslərə necə nəzarət olunur?

Yerlərdə fəaliyyət göstərən işçilərdən əlavə bütün prosesləri bir küll halında gösmək və tamamən prosesi nəzarətdə saxlamaq üçün kağız xamuru hazırlama və təmizləmə bölməsində bir nəfər tərəfindən idarə olunur. Bu proseslərə dağıdılmış proseslərə nəzarət operatoru nəzarət edir. Bu şəxs bütün avadanlıqları sxematik və texnoloji olaraq görür. Bundan əlavə, mühəndislər otağında olan avtomatik nəzarət sistemlərindən isə adanlıqlara texniki olaraq nəzarət edilir. Əgər proses zamanı hər hansı nasazlıq olarsa anındaca aşkar edilir və əlqadar bölməyə xəbərdarlıq olunur. Ümumilikdə isə zavodun 110 nəfər işcisi var.

Laboratoridayıq!

Laboratoriyadakı proses və keyfiyyətə nəzarət inspektoru Zahid Hüseynov tərəfindən göstərilir.
Belə ki, burada istehsal edilmiş hər rulondan nümunələr alınaraq standartların tələbi əsasında kağızın bütün zəruri olan keyfiyyət parametrləri ( qramajı, nəmliyi, partlamaya qarşı dayanıqlığı, əzilməyə qarşı dayanıqlığı vəs) yoxlanılır. Bütün laboratoriya avadanlıqlarıAvropa istehsalıdır.

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Sifariş!
Sifarişləriz əsasən Türkiyə, İran,Türkmənistan, Qazağıstan, Gürcustandan alırıq. Zavod saatda 5-6 ton karton kağızı istehsal edir. Bundan başqa, 80 gr/m2-dan və 250 gr/m2-dək olan kağızlar istehsal edə bilirik.

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Kağızlara həyat verən zavoddan- REPORTAJ

Gülşanə Mustafayeva
İnterpress.az