Lavrov Putinin hansı mesajı ilə gəlir?backend

Lavrov Putinin hansı mesajı ilə gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri başlayır. Rusiya XİN başçısı öncə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılacaq və eyni gündə Bakıya təşrif buyuracaq. Rusiya rəsmi qaynaqları onun səfərinin müstəsna olaraq Qarabağ problematikası ilə bağlı olduğunu artıq təsdiqləyib.

Bu, Rusiya xarici siyasət idarəsi başçısının apreldəki 4 günlük müharibədən sonra Bakı və İrəvana ikinci mühüm səfəri, prezidentlərin Peterburq görüşündən sonra isə ümumən Kremlin Qarabağla bağlı üçüncü diplomatik həmləsi olacaq.

Nazirin budəfəki ziyarəti həmçinin, aprel döyüşlərinin 3-cü ayının tamamına təsadüf edir. Əksər ekspertlərə görə, budəfəki səfərin də arxasındakı əsas motiv ilk dönəmdən keçərək normallaşdıqdan sonra.

Lavrov Putinin hansı mesajı ilə gəlir?

Yeri gəlmişkən, Lavrovun bugünkü səfəri Rusiya-Türkiyə əlaqələrinin normallaşması ilə eyni vaxta düşməsi ilə diqqət çəkir. İstisna deyil ki, bu amil Dağlıq Qarabağ konflikti ilə bağlı optimal həll yolunun tapılmasına öz pozitiv töhfəsini verəcək, Ankara və Moskvanın təkcə Suriya məsələsinə deyil, Qarabağ ixtilafının çözümü prosesinə də əlavə dinamika gətirəcək, problemin dinc həlli üçün daha münbit siyasi atmosfer yaradacaq.

Əsas sual da bundan ibarətdir ki, Rusiya diplomatiyasının “ağır topu” sayılan Lavrov bölgəyə bu dəfə konkret nə ilə gəlir, nə gətirir, səfər Qarabağa nə vəd edir? Suala ilkin cavab tapmaq üçün səfər ərəfəsi konflikt ətrafındakı durumu bir daha nəzərdən keçirmək lazım gəlir.

Bir sıra təhlilçilərin fikrincə, Rusiya Qarabağa dair aralıq həll planı üzərində işləyir və bu planla bağlı münaqişə tərəflərini artıq tanış da edib. Erməni qaynaqları iddia edib ki, söhbət 1997-ci ildə aktual olmuş və Levon Ter-Petrosyanın prezidentlik kürsüsündən getməsinə səbəb olmuş mərhələli modelə çox yaxın olan bir plandan gedir. Plana əsasən, əvvəlcə 5 rayon işğaldan azad edilir, Dağlıq Qarabağa aralıq status verilir, humanitar dəhliz məsələsi həllini tapır, bölgəyə sülhməramlı qüvvələr gətirilir, daha sonra Laçın və Kəlbəcər azad edilir və Dağlıq Qarabağın yekun statusu dəqiqləşir. Lakin yekun statusun dəqiqləşməsi qeyri-müəyyən vaxtadək uzana bilər.

Lavrov Putinin hansı mesajı ilə gəlir?

Rəsmi Bakı isə prezidentlərin Sankt-Peterburq görüşü zamanı məhz mərhələli həll planı ilə bağlı razılıq əldə oldunduğunu daha öncə bəyan eləmişdi. Bu xüsusda Lavrovun İrəvan və Bakı səfəri zamanı “aralıq planı”nın detallarını müzakirə edəcəyi tamamilə mümkündür.

Lakin aydındır ki, belə bir planın müzakirəsi, münaqişə tərəfləri ilə razılaşdırılıb uzlaşma nöqtələrinin tapılması hələ bir müddət gizli rejimdə, konfidensial aparılacaq və geniş ictimaiyyətə yalnız ilkin çərçivə anlaşması əldə olunandan sonra müəyyən bilgi veriləcək. Bu ehtimalı gücləndirən məqamlardan biri də Qarabağa dair yeni sülh prosesinin məhz Kremlin patronajlığı ilə aparılmasına Qərbin etiraz etməməsidir.

Belə görünür, ABŞ və Avropa Moskvanın məsələdə açar rolunun müəyyən mərhələyədək aparıcı olması ilə ona görə barışıb ki, bölgədə müharibə alovlanmasın. Bu nöqtədə – müharibə məsələsində Rusiya və Qərbin maraqları sözsüz ki, üst-üstə düşür.

Ancaq o da həqiqətdir ki, Azərbaycan daha neçə il nəticəsiz danışıqlar aparmaq, imitasiya xarakterli görüşlərə qatılmaq niyyətində deyil. Çünki işğal altındakı ərazilərin boşaldılmasının vaxtı çoxdan çatıb və bunu kritik aprel hadisələri də göstərdi. Bakı həmsədr ölkələr səviyyəsində fəallaşan yeni Qarabağ diplomatiyasından təkcə atəşkəs rejiminin möhkəmlənməsi və müharibə variantının gündəmdən çıxarılmasını deyil, öncəliklə konfliktin həllində real irəliləyiş gözləyir. Bu isə ərazilərin nəhayət, işğaldan azad edilməsinə başlamaqdan keçir. Əks halda nə edilir-edilsin, atəşkəs kövrək olacaq və müharibə variantı gündəmdə qalacaq.

Lavrov Putinin hansı mesajı ilə gəlir?

Şübhə yox ki, Rusiya, ABŞ və Avropa (Fransa) bunu indi heç vaxt olmadığı qədər yaxşı anlayır. Minsk Qrupuna həmsədr dövlətlərin son zamanlar ən yüksək səviyyədə Qarabağ mövzusuna önəm verməyə başlaması, telefon diplomatiyasının intensivləşməsi, bölgəyə yüksək çinli diplomatların səfərlərin artması bunun xəbərçisi hesab edilə bilər.

ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin Lavrovdan cəmi bir neçə gün öncə Bakı və İrəvana səfəri də aprel döyüşlərini yaratdığı yeni situasiyadan, status-kvonun əvvəlki qaydada davam edəcəyinin mümkünsüzlüyünün dərkindən qaynaqlanırdı. Həmçinin, həmsədrlərlə ATƏT sədrinin Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlərin bundan sonra “non-stop” (davamlı) rejimdə davam etməsi barədə razılıq əldə eləməsi status-kvonun dəyişməli olduğunun ciddiyə alındığını göstərir. Bildirilir ki, növbəti Əliyev-Sərkisyan görüşləri Vyanada, Sankt-Peterburqda, Parisdə, hansısa Amerika şəhərində təşkil etmək nəzərdə tutulur. Məqsəd danışıqlar prosesində intensivliyi təmin etmək və hərbi əməliyyatların yenidən alovlanmasına imkan verməməkdir. Bu xüsusda prezidentlərin növbəti görüşünün avqustda Parisdə, sentyabr-oktyabr aylarında isə ABŞ-da baş tutacağı deyilir.

“Azərbaycan Qarabağ məsələsinin bundan sonra arxa plana keçməsinə imkan verməyəcək və məsələ ilə bağlı müəyyən variantlar üzərində iş gedir”. Bunu Sergey Lavrovun səfərini Axar.az-a şərh edən politoloq Fikrət Sadıqov deyib. Politoloq Sankt-Peterburq görüşündən sonra Qarabağ prosesində müəyyən canlanmanın olduğunu qeyd edib.

Lavrov Putinin hansı mesajı ilə gəlir?

“Görünür həmsədrlər status-kovonun dəyişilməsinin və bu istiqamətdə danışıqların vacibliyinin fərqindədirlər. Lavrovun regiona növbəti səfəri o deməkdir ki, masada hansısa təkliflər olacaq. Bu təkliflər müəyyən mənada bəllidir və özündə Madrid prinsipləri və Kazan formulunu ehtiva edir. Çox güman ki, qarşıda Qarabağ danışıqları ilə bağlı nəticələrin konturlarını artıq müşahidə edəcəyik” – ekspert ehtimal edib.
“Rusiya öz sərhədləri yaxınlığında dondurulmuş münaqişələrin getdikcə daha təhlükəli olduğunu və həll yolları tapılmazsa, yenidən genişmiqyaslı müharibənin başlayacağını anlayır”. Bunu isə politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, son görüşlər problemin həllində diplomatik dinamikaya və status-kvonun saxlanılmasının mümkünsüzlüyünə işarədir: “Yəni vəziyyət köklü surətdə transformasiya olunmalıdır. Təəssüf ki, vasitəçilər xeyli vaxt itkisinə yol verdilər. Münaqişə bölgəsinə daha yaxın olan Rusiya hazırda bu məsələdə təşəbbüsü tamamilə ələ alıb. Rusiya bilir ki, heç olmasa, ilkin mərhələdə 5, daha sonra isə iki rayon Azərbaycana qaytarılmalıdır. Belə olan təqdirdə mərhələli həll planı özünü doğrulda bilər. Son dəyişikliklər birmənalı şəkildə Azərbaycanın diplomatik uğurudur. Çünki Bakının qəti mövqeyi tək qarşı tərəfi yox, vasitəçiləri də Qarabağ məsələsinə səthi yanaşmamağa vadar edir”.

Rusiya XİN başçısının Bakı və İrəvana ikinci səfəri ərəfəsində reallıqlar, şərtlər və gözləntilər təxminən bundan ibarətdir. (musavat)

İnterpress.az