İnsanı at, dana və qoyun da dişləyərsə quduzlaşa bilər-şöbə müdiribackend

İnsanı at, dana və qoyun da dişləyərsə quduzlaşa bilər-şöbə müdiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib:

“8 min dişləmənin 90%-ni itlər, 1-2%-ni pişiklər, yerdə qalan faizisə digər heyvanlar təşkil edir. Bunlar arasında vəhşi və ev heyvanları var. Vəhşi- it, canavar, tülkü və ev heyvanlarından isə qoyun, pişik, at danadan dişləmə yolu ilə bu xəstəliyə yoluxmamaq qaçılmazdır. Dişləmə olan kimi həkimə müraciət edilməlidir. Heyvanın mənşəyi bəlli olunmayanda 5, olunanda isə 3 iynə vurulur. Xəstəliyin gizli dövrü 14 gündən 1 ilə qədərdir”.

Xəstəliyin əlamətlərindən danışan şöbə müdiri əlavə edib ki, əgər şəxsdə su, hava və işıqdan qorxma halları varsa bu zaman yoluxmuş hesab olunur. Həmçinin psixi (nevrotik) simptonlar, yüksək hərarət , dişləmə yerində ağrı da yoluxmadan xəbər verir. Bu ciddi xəstəlikdir. Tövsiyyə edirik ki, ev və ya vəhşi heyvanlar tərəfindən dişləmə, cırmaqlanma, şəxsin bədənində olan yaranın üzərinə tüpürmə faktı olarsa mütləq həkimə müraciət etsinlər”.

Gülşanə Mustafayeva
İnterpress.az