İstanbulda Azərbaycan “İslahatçı Gənclər” İctimai Birliyi və Türkiyə Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü və Azərbaycanın Qarabağdakı qazandığı böyük qələbənin birinci ildönümünə həsr edilən “Zəfər” foto sərgisi açılıb.
sərgidə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror hücumlarını, Azərbaycan-Türkiyə qardaşlığını və böyük zəfərdən sonra Qarabağda başlanan böyük yenidənqurma işlərini əks etdirən fotolar nümayiş etdirilib.
Çıxış edən Azərbaycanın İstanbul Konsulu Zaur Allahverdi-zadə,“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər Birliyinin sədri Dilək ÇinarAzərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda qazandığı böyük zəfərdən, Ordumuzun rəşadətindən və xalqımızın həmrəyliyindən bəhs ediblər.
Vətən Müharibəsindəki böyük qələbədən sonra Azərbaycan və Türkiyə gəncliyi qarşısında böyük vəzifələrin dayandığını və iki qardaş ölkə gəncliyinin birgə fəaliyyətinin zəruri olduğunu qeyd edilib.
Bizim.Media