İngiltərə və Şotlandiyada TikTok-a məhdudiyyət qoyulur.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
TikTok tətbiqi Şotlandiya hökumətinə və Böyük Britaniya parlamentinə məxsus bütün elektron cihazlarda qadağan ediləcək.
Parlamentdən verilən açıqlamada xatırladılıb ki, hökumət martın 16-da bütün dövlət işçilərinin istifadə etdiyi elektron cihazlarda TikTok-dan istifadəni qadağan edib.
Bəyanatda kibertəhlükəsizliyin parlamentin prioritetlərindən biri olduğu vurğulanıb.