Meksikada çörək sobasında baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksikanın Toluka şəhərində yerli vaxtla saat 08:30 radələrində çörək sobasında şiddətli partlayış baş verib.
Sobanın divarını dağıdan partlayışda biri körpə olmaqla ümumilikdə 6 nəfər yaralanıb.
Partlayışın şiddəti ilə sobanın ətrafındakı tikililərə və park edilmiş avtomobillərə maddi ziyan dəyib.
İlk təsbitlərə görə, partlayışın mətbəx borusu tərəfindən törədildiyi vurğulanır.