Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
“İnterpress.az” xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.
Andiçmə mərasimində R.T.Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb.
R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.