Yunanıstan İsraildəki daha 90 vətəndaşını təxliyə etdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İsraildə olan daha 90 Yunan vətəndaşı bu gün ölkələrinə qayıdıb. Bununla da İsrailə səfər edən Yunanıstan vətəndaşlarının təxliyyəsi başa çatıb.
Nazirlik həmçinin İsraildə yaşayan Yunanıstan vətəndaşlarının sabah xüsusi təyyarə ilə təxliyyə edəcəyini açıqlayıb.
Dünən İsrailə şəxsi səfər edən 81 Yunanıstan vətəndaşı ölkədən təxliyə edilib.