Cənubi Koreya və ABŞ Şimaldan gələn təhdidlərə qarşı birgə hərbi dəniz təlimləri keçirirbackend

Cənubi Koreya və ABŞ Şimaldan gələn təhdidlərə qarşı birgə hərbi dəniz təlimləri keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı Şərq dənizində birgə hərbi təlimlər keçirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya donanmasından Şərq dənizində dünən başlayan təlimin 4 gün davam edəcəyi bildirilib.

Cənubi Koreya donanmasından 10 döyüş gəmisinin, ABŞ donanmasından “ROKS Seoae Ryu Seong-ryong” esminesi və ABŞ donanmasından “Rafael Peralta” esminesinin iştirak etdiyi qeyd edilib.

Açıqlamada gəmilərlə yanaşı, Cənubi Koreyanın sualtı qayıqlara qarşı istifadə edilən P-3 tipli döyüş təyyarəsi, F-15K və FA-50 döyüş təyyarələri ilə ABŞ-ın A-10 tipli hücum təyyarələrinin də təlimə daxil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bölmələr “düşmən sualtı qayıqlarının axtarışı, məhv edilməsi” və “xüsusi bölmələrin dəstələri”nə cavab olaraq strategiyalar üzərində işləyir.

Digər tərəfdən, açıqlamada təlimin keçirildiyi Şərq dənizinin Koreya yarımadasını əhatə edən sulardan daha dərin olduğu üçün sualtı vasitələrin hərəkətlərini asanlaşdırdığı qeyd edilib.