Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən avtobusların sürücüləri arasında qadınların sayı artıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, bu barədə Tbilisi meriyasından mətbuata verilən açıqlamada bildirilir. Məlumata əsasən, paytaxtda qeydiyyatda olan 1 741 avtobus sürücüsündən 41-i qadındır. Onlardan 14-ü xüsusi hazırlıq proqramından keçərək işə cari ildə başlayıb. Bildirilir ki, qadınlar müvafiq tələblərə cavab verdikləri təqdirdə Tbilisi meriyası tərəfindən avtobus sürücülüyü vəzifəsinə elan edilmiş vakant yerlərə müraciət edə bilərlər.