Finlandiya ilə Rusiya arasında olan dörd Nəzarət-Buraxılış Məntəqəsi noyabrın 18-dən bağlanır.
İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo noyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.
“Finlandiya şərqdə sərhəd-keçid məntəqələrini cümə günündən şənbəyə keçən gecə bağlayacaq”, – Petteri Orpo bildirib.
Məlumata görə, Finlandiya hökumətinin saytında bu məntəqlərin bağlanacağı göstərilib: “Vaalimaa (Rusiya tərəfdə Torfyanovka), Nuyyamaa (Brusniçnoye), İmatra (Svetoqorsk) və Niirala (Vyartsilya)”.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, şərq sərhədində keçidlərin bağlanması Finlandiyaya qanunsuz girişi dayandıracaq: “Lazım gələrsə, hökumət daha sərt tədbirlər görməyə hazırdır”.