Küçələri bağlamaq səmərəsiz mübarizə üsuludur.
İnterpress.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.
“Küçələri bağlamaq effektiv mübarizə yolu deyil.
Bu təsirsizdir, əgər:
a) dövlət orqanlarının işini iflic etmir;
b) proseslər vəziyyətin inqilabi həllinə gətirib çıxarmır.
Əgər yuxarıda sadalanan komponentlər yoxdursa, o zaman cəmiyyətin qərarsız hissəsi (yəni çoxluq) arasında küçələrin bağlanması nəticəsində qazandığınızdan çox insan itirirsiniz”, – Surenyants qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az