Rusiya təhlükəsizlik qüvvələri ölkədən qaçanlar üçün “OV” HAZIRLAYIRbackend

Rusiya təhlükəsizlik qüvvələri ölkədən qaçanlar üçün “OV” HAZIRLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya təhlükəsizlik qüvvələri ölkəni tərk edən ruslar üçün “ov” hazırlayır.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya hakimiyyəti müxtəlif hesablamalara görə, 600 mindən 1 milyon nəfərə qədər olan ölkəni tərk etmiş vətəndaşları təqib etmək üçün təhlükəsizlik qüvvələrinin səlahiyyətlərini genişləndirməyə hazırlaşır.

Cümə günü Dövlət Dumasına Baş Prokurorluğa cinayət təqibinə məruz qalan rusların axtarışı üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarından kömək istəmək hüququ verən qanun layihəsi təqdim edilib.

Baş Prokurorluğun rəhbəri Vasili Piskaryov bildirib ki, “yalnız xarici vətəndaşları deyil, həmçinin cinayət törətmiş və ölkəni tərk edərək cəzadan yayınmağa çalışan Rusiya vətəndaşlarını da məsuliyyətə cəlb etmək üçün materialları xarici ölkələrə göndərə biləcək”.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır.

“Xaricdə ədalətdən qaçanlar harada olmalarından asılı olmayaraq cinayətlərinə görə cavab verməlidirlər”, – Piskaryov deyib.

Xuraman Etibarlı

İnterpress.az