Moldovalı deputat arı sancmasından ölüb.
interpress.az xəbər verir ki, bu barədə millət vəkilinin üzvü olduğu hakim Fəaliyyət və Həmrəylik Partiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Moldova parlamentinin hakim partiyadan olan deputatı Yuri Pasatı arılar sancaraq öldürüb.
“Ölüm bu səhər arı sancması nəticəsində yaranan anafilaktik şok nəticəsində baş verib”, – partiyanın Facebook-da verdiyi açıqlamada deyilir.
O, anafilaktik şokdan dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az