Gəncə və Göygöldə kütləvi zəhərlənmənin nədən baş verdiyi açıqlanıbbackend

Gəncə və Göygöldə kütləvi zəhərlənmənin nədən baş verdiyi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində (“Araz”, “Xanlar Yurdu”, “Ağ Ayı”) baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub: “Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.