Fəzail İbrahimli seçicilərlə görüşlərini davam etdirirbackend

Fəzail İbrahimli seçicilərlə görüşlərini davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Çaxırlı kəndində seçicilərlə görüş keçirib.

Seçicilər qarşısında çıxış edən F.İbrahimli ötən parlament seçkilərindən sonra ölkədə yaranmış yeni siyasi-iqtisadi durum, Zəfər savaşı ilə başlayan inkişaf və yüksəliş mərhələsindən, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərindən və həm diplomatik, həm də iqtisadi sahədə yeni yüksəliş dövrü haqqında düşüncələrini bölüşüb.

Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti haqda məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirmişdir.

Seçicilər adından çıxış edən Ziyafət Məmmədov Çaxırlı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib. Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırıb, qaldırılan problemlərə münasibət bildirib.