51 saylı Şirvan seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Zöhrab İsmayılov təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Şirvan şəhər mədəniyyət sarayında keçirilən görüşü VHP sədrinin müavini Samir Əsədli açaraq namizəd haqqında məlumat verərək partiyanın parlament fəaliyyəti, 1 sentyabr seçkilərində iştirakı haqqında danışıb.
Daha sonra deputatlığa namizəd çıxış edərək deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. O bildirib ki, bir şirvanlı olaraq mən də şəhərimizi abad görmək istəyirəm:
“Bu səbəbdən platformamı, görülməsi nəzərdə tutulan işləri və platformamı sizlərə təqdim edirəm. Əvvəla, şəhər infrastrukturunda görüləcək işlərin ardıcıllığını təmin etməyə, plana alınmış tiklilərin tikintisi, təmir və pərpasını sürətləndirməyə çalışacam. Sahibkarları Şirvan şəhərinə yönləndirməklə yeni iş yerlerinin açılması üçün əlimdən gələni edəcəm. Deyilənlərin, sadalananların sadəcə söz kimi qalmasını yox, reallaşdırılmasını istəyirsinizsə, sizlərdən tək ricam, səsinizə sahib çıxın ki, biz də sözümüzü tutaq! Doğru seçimi etmək sizlərin əlindədir”.
Vətən Müharibəsi veteranı Elvin Abbasov və Şirvan şəhərəri N.Quliyev adına tam orta məktəbin direktoru Mətanən Zərbəliyeva çıxış edərək seçiciləri seçki günü fəal olmağa və Zöhrab bəyə səs verməyə çağırıblar.
Çıxışdan sonra seçicilər Zöhrab bəyə suallarını verib, şəhərin problemləri ilə bağlı müzakirələr aparılıb.