İspaniyada FACİƏ: Köpək balığı turistin ayağını QOPARDIbackend

İspaniyada FACİƏ: Köpək balığı turistin ayağını QOPARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada köpək balığı turistin ayağını dişləyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Faciə İspaniyada baş verib. Katamaranla qayıqla səyahətə çıxan turistin ayağını köpək balığı dişləyib, qadın ölüb.

Ölən 30 yaşlı alman qadın idi və o, bir qrup turistlə birlikdə okeanda gəzintidə idi.

Köpəkbalığı tətil edənlərə hücum edərək qadının ayağını dişləyib. Turistlər dərhal kömək istəyiblər.

Hadisə yerinə xilasedicilər helikopterlə gəlib. Onlar qadını təxliyə ediblər, lakin onu xəstəxanaya çatmamış yolda dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az