Ermənistan baş nazirinin ofisinin məlumat bazasına KİBERHÜCUM EDİLDİbackend

Ermənistan baş nazirinin ofisinin məlumat bazasına KİBERHÜCUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı haker qruplarından biri Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin məlumat bazasına nüfuz edə bildiyini iddia edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

“Məlumat bazası bizim ixtiyarımızdadır” deyən hakerlər hökumətin növbəti 48 saat ərzində 2,5 milyon dollar köçürməsə, məlumatların məhv ediləcəyi ilə hədələyirlər.

Rusiyalı haker qruplarından biri iddia edir ki, o, Ermənistanın baş nazirinin ofisinin məlumat bazasına FTP transfer sistemi vasitəsilə nüfuz edə bilib.

Ermənistan hökuməti hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.

Xuraman Etibarlı

İnterpress.az