Biləsuvarda alkoqolizm və narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib – FOTOLARbackend

Biləsuvarda alkoqolizm və narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir.

Layihə çərçivəsində nbvəti tədbir sentyabr 11-də Biləsuvar şəhərindəki Gənclər evində keçirilib. 24 nəfər iştirak etdiyi tədbirin təlimçiləri həkim narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisi Nabat Qəniyeva olub. Biləsuvar RİH-nin əməkdaşı Məhərrəm Qurbanovun da iştirak etdiyi tədbir maarifləndirmə və müzakirələrdən ibarət olub.

Həkim–narkoloq tütünçəkmənin və alkoqolizmin tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verib;

Tütünçəkmə və onun əsas mahiyyəti, Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri. Alkoqolizm haqda ümumi məlumat Alkol sərxoşluğu və törətdiyi fəsadlar Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar. Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri. Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri. Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).

Narkomaniya ilə bağlı mövzularda çıxış edilib;

Əsas anlayışlarin izahi Narkomaniyanın tarixi İnsanlar narkomaniya adlanan tora necə düşürlər? Narkotiklərdən asıllıqın yaranma səbəbləri Narkomaniyanin törətdiyi fəsadlar Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər Narkomnaiya ilə necə mübarizə aparılmalı Narkomaniyadan əziyyət çəkənlərin xilası. Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzi vaxt reseptsiz satılması.

Təlimçi N. Qəniyeva slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununu” təqdimat edib.

Müzakirələr üçün ərait yaradılıb, suallara cavab verilib.