Zelenskinin təyyarəsi Avropadan keçərək ABŞ-a doğru irəliləyir.
İnterpress.az xəbər verir ki, bu barədə ukraynalı deputat Jeleznyak məlumat verib.
“Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi bir saat əvvəl Polşadan havaya qalxıb.
O, Avropadan keçərək ABŞ-a doğru irəliləyir”, – deputat deyib.
Bundan əvvəl Tramp Ukrayna lideri Zelenskinin Ukrayna faydalı qazıntıları ilə bağlı saziş imzalamaq üçün ABŞ-yə gələcəyini açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az