Tənbəl işçilərin rəhbər olma ehtimalı daha yüksəkdir – Psixoloqlarbackend

Tənbəl işçilərin rəhbər olma ehtimalı daha yüksəkdir – Psixoloqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənbəl əməkdaşlar daha tez-tez rəhbər vəzifələrə yüksəlirlər.

İnterpress.az xəbər verir ki, bu barədə psixoloqlar bəyan ediblər.

Mütəxəssislərin fikrincə, tənbəl işçilər vaxta və qüvvəyə qənaət etməyə alışdıqları üçün tapşırıqların daha sadə, sürətli və effektiv həlli yollarını axtarıb tapırlar.

Bu xüsusiyyət onlara iş prosesində digər həmkarları ilə müqayisədə ciddi üstünlük qazandırır.

Psixoloqlar qeyd edirlər ki, minimum səy göstərərək yüksək məhsuldarlıq əldə etmək bacarığı idarəetmə baxımından mühüm keyfiyyətdir.

Məhz bu yanaşma həmin əməkdaşların karyera pillələrində daha sürətlə irəliləməsinə və rəhbər postları tutmasına şərait yaradır.

Xuraman Etibarlı

İnterpress.az