Sərdar Cəlaloğlu Quran ayələrindən və peyğəmbərdən danışdıbackend

Sərdar Cəlaloğlu Quran ayələrindən və peyğəmbərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklərlə bağlı müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

-Quranın zahirindən batininə keçmək üçün xüsusi bir üsula ehtiyac varmı?

-Təbii ki, Quranın zahirindən daxilinə keçmək üçün bir üsul, bir metod gərəkir. Biz 7 cür məntiq tanıyırıq. Bu məntiqlərin hər biri Qurani-Kərimin ayələrini anlamaq üçün gərəkən əməliyyatların birinin məntiqidir. Quranın zahirindən daxilinə keçmək üçün biz çarpaz məntiqdən istifadə etməliyik. Çünki biri görünən, biri görünməyəndir. Görünməyəndən görünənə keçmək çarpazlaşma tələb edir. Biz çarpaz məntiqlə Quranın zahirindən daxilinə keçə bilərik. Zahiri çarpazlaşdıranda, zahir ardıcıllıq məntiqi ilə izah olunur. Bu ardıcıl məntiqi çarpazlayanda, bu avtomatik olaraq paralel məntiqə çevrilir. Beləliklə də, məlum olur ki, Qurani Kərimin batininə keçdiyimiz zaman bir-birinə paralel olan 4 bilik əldə edirik. Bunlar mələklər, dünya, ruh və idrak haqqındakı biliklərdir.

Qurani-Kərimin hər bir ayəsi həm idrakın, həm dünyanın, həm insanın, həm də mələklərin doğru yoludur. Hansı ki, bunların hamısı bir yerdə Allahın doğru yolundan ibarətdir.
Biz bu nöqtəyə gəlib çatandan sonra da, məsələ anlaşılan hesab oluna bilmərik. Çünki paralel məntiqlə əldə etdiyimiz bilik ən ümumi bilikdir. Bu, fəlsəfi bilik olacaq. Biz bunu anlamaq üçün bir qədər aşağı endirməliyik. Növbəti aşağı hissə nəzəriyyələşmə mərhələsidir. Yəni paralel məntiqi elə çarpazlaşdırıb, iki müxtəlif hissəyə elə ayırmalısınız ki, orada bəzi ümumi həqiqətlər ortaya çıxsın. Bu zaman iki məntiq meydana çıxır. Biz bunlardan birinə səlis məntiq, digərinə isə qeyri-səlis məntiq deyirik.

Səlis məntiqlə biz mövcud olan şeyləri öyənir, qeyri-səlis məntiqlə onlar arasındakı münasibəti, dəyişilməlləri öyrənirik. Beləliklə də, məlum olur ki, təkrarlanmaları öyrənən məntiq ardıcıllıq məntiqidir. Dəyişilmələri öyrənən məntiq isə qeyri-səlis məntiqdir. Bu da mövcud olan dünya deməkdir. Amma biz yenə də ayəni başa düşməyəcəyik, onu bir qədər də aşağı endirməliyik. Bu dəfə iki məntiqi – mövcudolma ilə dəyişikliyin elə ümumi bilgilərini əldə etməliyik ki, bundan xüsusi bilik əldə edək. Buna elm deyilir. Elm əldə edəndə isə elmin özünün məntiqi meydana çıxır. Dörd cür elm var: təbiət, cəmiyyət, idrak və fəlsəfə elmi. Deməli, xüsusi bilginin, xüsusi məntiqin özü də öz içində 4 məntiqə ayrılır. Hansı ki, bu 4 məntiqi mənimsəmədən Quranın verdiyi dünyəvi elmi anlaya bilmərsən. Hansı ki, Quranda bununla çox böyük kəşflər eləmək olar. Mən bu üsulla bir neçə kəşf eləmişəm.

Xüsusi məntiqlə Quran ayəsini əqli elm səviyyəsinə saldınız, yəni fikika, kimya, coğrafiya səviyyəsinəs aldınız, bundan sonra növbəti mərhələ əldə etdiyiniz əqli nəticənin təsdiq olunmasıdır. Əqli nəticənin təsdiq olunmasının isə yeganə bri məntiq üsulu var. Bu da sinkretik məntiqdir. Yəni əldə etdiyiniz ən sadə ideyanı təbiətdə, dünyada mövcud olan bir şeyin bir əlamətinə uyğunlaşdırmalısan. Məsələn, deyirik ki, alma yumrudur. Bunu təsdiq etmək üçün sən mənə mütləq alma göstərməlisən və mən görməliyəm ki, alma həqiqətən də yumrudur. Beləliklə, Quran səni Allahın hikməti ilə götürüb dünyaya gətirdi. Gətirdi ki, dünyanı dərk elə, dünyanı da tərk eləməyin tərsinə oaraq həmin elmdən, nəzəriyyədən çıxıb Allahın varlığını dərk edəsən. Allahın doğru yolu bundan ibarətdir.

-Quranın batini mənası Məhəmməd peyğəmbərə bəlli idimi? Əgər bəlli idisə, niyə o, bu sirri insanlara açmadı?

-Quranda belə bir ayə var: Allah və Məhhəmməd peyğəmbər Quranın batini mənasını bilir, siz bilə bilmərsiniz. Allah icazə verməyənə qədər. O zaman sual yaranır, əgər Məhəmməd peyğəmbər Quranın batini mənasını bilirdisə, o zaman niyə bunu insanlara izah etmirdi? Allah təala Quranın başqa bir ayəsində deyir: Ya peyğəmbər, sən insanlara bu ayələrin yalnız zahiri ilə bağlı məlumat ver.

Bunun öz səbəbi var. Mən dediyim bilgiləri bilmək üçün, 1500 illik vaxt tələb olunub. Yəni bu bilgilər 1500 illik vaxt çərçivəsində toplanıb. Bu gün gedib istənilən professordan soruşsaq ki, sinkretik məntiq nədir, o bilməyəcək? Qeyri-səlis məntiq Lütfüzadə tərəfindən kəşf olunub, amma bunun mənasını hələ də çox adam bilmir. Paralel məntiqi heç kəs eşitməyib. Kondisioloii məntiq ifadəsini də kimsə bilmir. Bu, yeni məntiq üsuludur. Bunun adını kimsə eşitməyib. Belə olan halda mütləq məntiq üsulunu necə dərk edə bilərsən? Allah-təala deyir ki, mən bu Quranı qiyamətə qədər bütün insanlığa göndərdim. 1500 il bundan öncəki insanın nə kimyadan, nə fizikadan, nə astronomiyadan, nə biologiyadan indiki qədər məlumatı yox idi. Yəni indiki biliklərin heç biri o zaman yox idi. Tutaq ki, Məhəmməd peyğəmbər dağların yaranması ilə bağlı məsələni o dövrün insanına izah edir.

Həmin insan bu izahdan nə başa düşərdi? Axı o insanın dalğa təbiəti, dalğa periodu haqında, səsin əmələ gəlməsi və s haqqında biliyi yoxdur. Bu bilik olmadığı üçün peyğəmbərin izahı onlarda yalnız gülüş doğura bilərdi. Akustikanı bilən istənilən bir fizikə desəm ki, dağlar belə yaranıb, o bu izahı çox asanlıqla qəbul edər. Allahın dediyinin düzlüyü Allahın varlığının düzlüyünü sübut edir. Allah təala deyir ki, mənim zatım sizə məlum deyil. Mənim əlamətlərim məni sübut edir.
Allah Quranın dərin mənalarını müxtəlif nəsillər üzrə dərk etmək şansı verib. Bizdən əvvəlki nəsil Qurani-Kərimi Avropa fəlsəfəsi əsasında dərk edib. Şiələr Aristotelin, sünnilər Platonun fəlsəfəsi ilə məsələyə yanaşıb. Şiəlik və sünnilikdə Quranın mahiyyətinə aid olan şeyləri çıxardandan sonra oradan iki din alacaqsınız. Şiəliyin yerində xristianlıq, sünniliyin yerində isə yəhudilik qalacaq. Bunu kimsə inkar edə bilməz. Çünki bu, Quranda təsdiq olunub. (moderator.az)

İnterpress.az