Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihənin icrasını davam etdirir.
Təşkilatdan bildirib ki, 4 ay müddətində Bakıxanov qəsəbəsində həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qrupların (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüquqlarla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.
Layihə çərçivəsində növbəti tədbir iyunun 12-də Bakıxanov qəsəbəsindəki Əlillər parkında keçirilib. 22 nəfərin iştirak etdiyi dəyirmi masada layihənin təlimçisi Oktay Qasımov sosial hüquqlarla bağlı məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb. Layihənin hüquqşünası Leyli Quliyeva şikayətçiləri dinlədyib və onlara məsləhətlər verib.
Tədbirdə aşağıdakı müraciətlər dinlənilib;
1. Binnətov Şamil: ev almaqla bağlı müraciət edib. Ona evin alınması ilə bağlı prosedur qaydalar izah edilib.
2.Acalov Aydın: əlillik pensiyasının alınması ilə bağlı müraciət edib. Əlillik pensiyasının verilməsi qaydaları ona ətraflı izah edilib.
3. Xəlilova Reyhan: ipoteka krediti ilə bağlı məsləhət istəyib, bildirib ki, ipoteka ödəyir, lakin ödənişlərdə artıq məbləğ göstərilir. Bununla bağlı ona banka müraciət edib yenidən hesablatdırmaq lazım olduğu bildirilib. Məsələnin həll olunmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd olunub.
4. Heydərov Sədi: Əmək taqaüdünün düzgün hesablanmaması ilə bağlı müraciə edib. Ona bildirilib ki, sənədlərini toplayıb DOST xidmətinə müraciət etsin.
5. Hümbətova Bəsti: Əmək təqaüdünün az olmasından şikayət edib. Bununla bağlı ona ətraflı məlumat verilib.
Şikayətçilərə məsləhət görülüb ki, onlar lazım bilirlərsə, şikayətlərini yazılı formada ictimai birliyə təqdim etsinlər və təşkilat lazımı instansiyalara məktub yazaraq şikayətləri çatdırsın.
Tədbir iştirakçılarının çoxluğunun istəyi Qarabağa -azad olunmuş əraziərə gedərək, o torpaqları ziyarət etmək olub. Onlar maddi vəziyyətlərinin zəif olduğunu, yol xərci, zərirət yaranarsa qalmaq xərclərinin olmadığını dilə gətirərək təşkilatdan bu arzularının reallaşması üçün köməklik etməsini xahiş ediblər.