Erkən yaşda məcburi nikah və nişanlanma, təhsilin dayandırılması, yetkinlik yaşına çatmayanların hamiləliyi və doğuşu, qadın qətli – bu problemlər ölkədə hələ də kəskin şəkildə qalmaqdadır.
İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Gender Departamentinin rəhbəri vəzifəsini icra edən Sopo Rusecki deyib.
O bildirib ki, sözügedən problemlərin səbəbi, hüquq-mühafizə orqanlarının qeyri-adekvat reaksiyası, ictimaiyyətin maarifləndirilməməsi və ya erkən nikah ənənəsidir.
Rusecki bildirib ki, 2022-ci ildə ölkə üzrə 815 erkən yaşda uşaq hamilə olub və həmin il 434 azyaşlı uşaq dünyaya övlat gətirib.
Xalq Müdafiəçisi aparatının nümayəndəsi bildirib ki, erkən evlilik təkcə etnik azlıqların problemi deyil:
“Ötən ilin statistikasına nəzər salsaq, birmənalı olaraq deyə bilmərik ki, erkən yaşda nikah etnik azlığın problemidir. Kvemo Kartlidəki kimi etnik azlıqların çox olmadığı İmereti və Tbilisidə bu göstərici çox yüksəkdir.
2020-ci ildə biz etnik azlıqlar arasında erkən nikahların, o cümlədən məcburi evliliyin niyə baş verdiyi barədə sorğu keçirdik. Bu araşdırma çərçivəsində övladları erkən yaşda ailə quran və ya özləri erkən yaşda ailə quran qurumlarla – Daxili İşlər Nazirliyi, təhsil nümayəndələri, eləcə də yerli ictimaiyyətlə görüşlər keçirdik. Çox maraqlı detallar ortaya çıxdı. Məsələn, qurumların nümayəndələri hesab edirdilər ki, bu, etnik azlıqların ənənəsidir və bu ənənə ilə mübarizə aparmaq çox çətindir, qeyri-mümkündür. Valideynlərimiz bilirsən bizə nə deyirdilər? Qızların heç bir perspektivi yoxdur, dil maneəsi var, məktəbdə düzgün gələcək, iş, iqtisadi müstəqillik əldə etmək üçün lazımi təhsil almırlar. Ailələrə o qədər çətindir ki, ailədə bir oğlan, bir qız varsa və hər ikisini təhsil almağa imkanları yoxdursa, oğlana üstünlük verirlər, bu da problemdir. Həmçinin belə bir problem də qeyd olundu – analar bizə bildirdilər ki, kimsə övladının azadlığına qanunsuz mane olmasın (qaçırılmasın) deyə, övladını məktəbə buraxmağa qorxurlar.
Biz müxtəlif araşdırmalar çərçivəsində bölgələrdə yeniyetmələr üçün hansı maarifləndirici və idman tədbirlərinin keçirildiyini daim araşdırırıq, təəssüf ki, bu qəbildən heç bir iş görülmür”, – deyə Sopo Rusecki vurğulayıb.