Gülşən Paşayevanın seçicilərlə görüşü keçirildi – FOTObackend

Gülşən Paşayevanın seçicilərlə görüşü keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüş Binə qəsəbəsinin Sovxoz ərazisində baş tutub.

Görüşdə seçicilər su, yol, evlərinin sənədləşməsi problemləri və qəbiristanlıqda yer olmaması və digər ümumi problemləri barədə deputatlığa namizəd Gülşən Paşayevaya ətraflı məlumat veriblər.

Daha sonra namizəd seçiciləri öz platforması barədə məlumatlandırıb, onların şəxsi qayğılarını da dinləyib, suallarını cavablandırıb.

Öz növbəsində Gülşən Paşayeva vəd verib ki, seçicilərin etimad göstərəcəyi təqdirdə bu inamı doğrultmaq üçün səlahiyyətləri və qanunvericilik çərçivəsində, aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə qeyd edilən problemlərlə bağlı müvafiq addımlar atacaq.

Sonda görüş iştirakçıları namizədə təşəkkür edib və parlament seçkilərində müvəffəqiyyətlər arzulayıblar.

Gülşən Paşayeva eyni zamanda görüşün baş tutduğu ərazidə yaşayan şəhid Zülfüzadə Coşqun Ədail oğlunun da ailəsini ziyarət edib. 

Səmimi keçən görüşdə ailəsi şəhid barədə Gülşən Paşayevaya ətraflı məlumat veriblər:

“O, 1998- ci ildə Lerik rayonunda anadan olub, Türkiyədə Komando təlimlərində iştirak edib. Vətən müharibəsinə könüllü qatılıb. Laçının bəzi ərazilərinin işğaldan azad edilməsində onun da rolu var. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olub”.

Gülşən Paşayeva şəhidə Allahdan rəhmət və ailəsinə səbir diləyib. Onun və eləcə də bütün şəhidlərimizin əziz xatirəsinin daima ehtiramla yad olunacağını bildirib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində müstəqil namizədin müxtəlif ərazilərdə lokal və məhəllə görüşləri davam edir

Görüşlərin əsas məqsədi seçicilərin problemləri ilə yerində yaxından tanış olmaqdır.