Su Oğuz-Qəbələ-Bakı kəmərindən paytaxta daxil olubbackend

Su Oğuz-Qəbələ-Bakı kəmərindən paytaxta daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olur.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsi məlumat yayıb.

Qeyd edək ki, günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.