Seçkilər dünyanın hər yerində siyasətçilər üçün xalq qarşısında bir sınaqdır. Sadəcə, baxır bu imtahandan seçkilərdə iştirak edən siyasət adamları necə çıxırlar. Bu bağlıdır onun seçkiyəqədərki fəaliyyətinə, xalq içində nüfuzuna, səmimiliyinə və vətəndaşlara münasibətinə. Əgər siyasətçi seçicini seçkidən-seçkiyə, işi düşəndə yada salırsa, o zaman xalqı aldada bilməz. Yox, əgər seçkidə ona göstərilən etimadı doğruldub, seçicinin xoş günündə də, dar günündə də yanındadırsa, deməli, siyasətçi bu sınaqdan çıxmağı bacarıb.
Bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən namizədlər arasında 88 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Tamam Cəfərova da məhz həmin vətənpərvər siyasətçilərdəndir ki, hər zaman seçicinin yanında olmağı üstün tutur. Bundan əvvəl də 85 saylı Şamaxı Seçki Dairəsindən millət vəkili seçiləndə şamaxılılar xanım siyasətçiyə şans verdilər, etimad qazandırdılar ki, özünü doğrulda bilsin. Tamam Cəfərova da bu dəstəyi və seçicinin ona, olan, inamını yerə vurmadı.
Əsl vətənpərvər və sadə deputat da elə o şəxsdir ki, seçicisinin ayağına gedir, onun sözünü eşidir, vədinə xilaf çıxmır, gücü çatdığı qədər millət vəkili kimi vətəndaşa dəstək olur. Ötən 5 il ərzində VI çağırış parlamentin üzvü olmuş Tamam Cəfərova da şamaxılıların rəğbətini qazandığı, onların hər çağırışına, hər müraciətinə, bir sözlə, səsinə səs verdiyi üçün bu dəfə də ona böyük dəstək verilməkdədir. müşahidələrimizə görə, təbliğat-təşviqat kampaniyası dövründə Tamam Cəfərova hər gün görüşlər keçirir, şamaxılılarla səmimi bir dialoq qurur, onlarla söhbət aparır, təkliflərini, problemlərini dinləyir, müraciətlərini qeydə alaraq aidiyyatı qurumlar qarşısında qaldırır.
Eyni zamanda, seçicilərlə görüşləri çərçivəsində deputatlığa namizəd şəhid ailələrini, qaziləri, aztəminatlı ailələri, Şamaxının ziyalılarını, ağsaqqallarını unutmur, onlarla görüşlərdə arzu-istəklərini dinləyərək deputat seçildiyi təqdirdə, bu məsələləri parlamentdə qaldıracağına söz verir.
Xanım namizəd belə görüşlərdən daha birini avqustun 16-da Muğanlı və Qurdtəpə kənd sakinləri ilə keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Həmçinin, avqustun 15-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Tamam Cəfərovanın seçicilərlə görüşü Şərədil, Günəşli, Şirvan kəndlərinin sakinləri ilə olub. Görüşlərdə çıxış edən Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti, vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq qurumlara edilən müraciətlər barədə seçicilərə ətraflı məlumat verməklə yanaşı, seçki platformasını onların nəzərinə çatdırıb. Daha sonra seçicilərin müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.
Namizədin növbəti görüşü rayonun Mədrəsə, Kərkənc və Meysəri kəndlərinin sakinləri ilə olub.
Görüş zamanı Tamam Cəfərova ötəndövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib. Sonda Tamam Cəfərova kənd sakinlərinə göstərdikləri səmimi, xoş münasibətə və ən əsası qəti dövlətçilik mövqelərinə görə minnətdarlığını bildirib.
Bundan əlavə, rayonun Mirikənd, Qaravəlli, Məlcək kəndlərinin sakinləri ilə də görüşlər olub. Çıxış edən deputatlığa namizəd Tamam Cəfərova bildirib ki, seçkilərin bütöv və suveren ərazilərimizdə keçirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. O, seçiciləri belə bir tarixi hadisədə fəal iştirak etməyə çağırıb. Həmçinin, görüş zamanı Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib. Daha sonra seçicilərin müraciətləri dinlənilib.
Seçicilərlə görüşdən sonra ənənəvi olaraq, Mirikənd kəndində Vətən müharibəsi şəhidi Beydiyev Nazim Eynulla oğlunun ailəsi ziyarət edilib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərova rayonun Göylər və Dağ Bağırlı , Çarhan ,Nüydi , Sabirli kəndlərində də seçicilərlə görüşüb.
Tamam Cəfərova səmimi, qonaqpərvər və ən əsası qəti dövlətçilik mövqeyinə görə kənd sakinlərinə öz minnətdarlığını bildirib.
Eyni zamanda, aprel döyüşlərində şəhid olanları unutmayıb. Xanım namizəd şəhid Səmədov Elşən Səlim oğlunun və Vətən müharibəsi şəhidləri Quliyev Elgün Vasif oğlunun, İsgəndərov Şahmurad Natiq oğlunun, Məmmədov Rza Əsgər oğlunun, Üsüfov Şahadət Qalib oğlunun, Atakişiyev Tərlan Dərgah oğlunun, Mecidov Müşfiq Bayram oğlunun ailələrini ziyarət edib. Bir sözlə, Tamam Cəfərova hər gün Şamaxıda görüşlər keçirir və bir kəndi, bir evi, bir şəhid qapısını belə diqqətdən kənarda saxlamır…
Sonda qəti əminliklə bildirmək istəyirəm ki , hörmətli Tamam xanım Şamaxı əhalisi sizi çox sevir, sevdiyi qədər də inanır. Uğurlarınız bol olsun…