Bibiheybət qəbiristanlığı yanırbackend

Bibiheybət qəbiristanlığı yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, yanğın qəbiristanlıqdakı quru otlardan başlayıb.

Yanğın 2000 kv. metr ərazini əhatə edib. Məzarlar üçün təhlükə yaranıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Yaxınlıqda yerləşən evlərə alov keçməməsi üçün dağın ətəyindən quru otun üzərinə qum tökülüb.

İlkin ehtimala görə, yanğına quru otun üzərinə siqaret atılması səbəb olub. Yanğının səbəbi dəqiqləşdirilir. (musavat)

Bibiheybət qəbiristanlığı yanır

Bibiheybət qəbiristanlığı yanır

Bibiheybət qəbiristanlığı yanır

İnterpress.az