Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa….backend

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1-ci dünya müharibəsində Yəmənə gedib qayıda bilməyən Osmanlı əsgərlərinə ithaf olunan xalq mahnısında danışılan yer Türkiyənin Muş şəhəri, yoxsa Yəməndəki Huş qalasıdır?

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Yəməndəki Osmanlı əsgərləri 1911-ci il)

Yəmənin cənubunda yerləşən Shibam və Vadi Davan bölgələrində əhali quldurlardan xilas olmaq üçün böyük qalaların üzərində kəndlər salıblar.
Fotodakı yer Vadi Davandır. Yəmənlilər bura daha çox Huş deyirlər. Yəni gedənlərin qayıtmadığı yer.
1-ci dünya müharibəsində Yəmənə gedib qayıda bilməyən Osmanlı əsgərlərinə ithaf olunan xalq mahnısında belə deyilir: \”Burası Huşdur, yolu yoxuşdur\”.
Mahnıda adı qeyd olunan yerin Yəmənin Huş qalası, yoxsa Türkiyənin Muş şəhəri olması uzun müddət müzakirələrə səbəb olub.
Huş qalası Yəmənin paytaxtı Səna şəgəri ilə Taiz arasında yerləşir. Bəzi türk tarixçiləri iddia edir ki, qala türklərə məxsus olduğu üçün insanlar buranı başa düşüblər.
Huş qalası 1569-cu ildə əl-Mütəhhər və Özdəmiroğlu Osman Paşa arasındakı müharibə dövründə tikilib. Qala Səbr dağının ətəyində qayalıqlar üzərində yerləşir.

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Huş qalası, Yəmən)

Muş şəhəri isə Türkiyənin Şərqi Anadolu hissəsində yerləşir. İstanbuldan və Osmanlı torpaqlarının müxtəlif yerlərindən gələn əsgərlər və hərbiçilər buradan karvan yolu kimi də istifadə edibıər.

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Türkiyənin Muş şəhəri)

Tarixiçi Songül Qarahəsənoğlunun bu barədə çox maraqlı fikirləri var:

\”Osmanlı ordusu Yəmənə səfərlər təşkil etdiyi zaman Muş şəhərində toplaşaraq hazırlıqlara başlayırdı. Muşun yolları yoxuş deyil deyirlər. Mən şəxsən gedib görmüşəm. Yolların demək olar ki, hamısı yoxuşdur. \”Bura Huşdur, yolu yoxuşdur\” cümləsi məntiqsizdir. Ən azından ona görə ki, Huşda olan şəxs gedən gəlmir deməz, gələn getmir deyər. Bəziləri çıxıb xalq mahnısını bura Huşdur olaraq oxudu. Yalandır. Mən həmişə Muş olaraq oxumuşam\”.

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Tarixçi alim Söngül Qarahəsənoğlu)

Amma xalq mahnıları ifaçısı Musa Əroğlu əksinə düşünür. O bu barədə deyir: \”Mahnıda \”Bura Huşdur, gedən gəmir, əcəba nə işdir?\” deyilir. Əsgərlər Yəmənə müharibəyə gedib Muşa yox. Xalq mahnısı Yəmənə məxsusdur. Mahnının bir hissəsində \”Yəmənə gələ biləcəyinimi düşündün?\” deyilir. Qısacası mən bu günə qədər Huş olaraq oxumuşam və belə də davam edəcəm\”.

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Xalq mahnıları ifaçısı Musa Əroğlu)

Maraqlı digər bir məqam da var. Türkiyənin Muş şəhərinin valisi Əli Alkan xalq mahnısının araşdırılması üçün müfəttiş Nuri Yamanı ekspert qrupuna rəhbər təyin edilir. Ekspertlər qrupu hesabatda qeyd edirlər ki, bu xalq mahnısı Yəmənə gedib qayıda bilməyən əsgərlərə ithaf olunub.
Türkiyə tarixində xalq mahnısı qalmaqallara da səbəb olub. Dövlət radiosu olan TRT radioda səsləndirilən mahnıda \”bura Huşdur, yolu yoxuşdur\” deyilir. 2001-ci ildə baş verən hadisə etirazlardan sonra TRT radionun təkzib verməsinə səbəb oldu.
Qısacası yuxarıda qeyd etdiyim xalq mahnısı Türkiyədə çox sevilən və bu günə qədər əzbərdən oxunan mahnılardandır. Lakin müzakirələri hələ də davam edir. Hər iki fikirdə olan şəxslər belə görünür ki, mübahisələrini hələ çox uzun müddət də davam etdirəcəklər.

Gedənlərin gəlmədiyi yer: Yəmən? Yoxsa....

(Yəməni Osmanlıdan sonra quran şəxs)

Bu arada qısa bir məlumatı da yazmaq istəyirəm. Yəməni Osmanlı dönəmində ən böyük Osmanlı məzarlığı da adlandırmaq olar. Bu ölkə Osmanlı İmperiyasının tərkibində olsa da tez-tez üsyanlara səhnə olmuş və azadlıq mübarizəsi aparmışdır. 1919-cu ilin 20 mart tarixində şəhərdəki son Osmanlı əsgərləri də bölgəni tərk etdi. Artıq paytaxt Səna olmaqla İmam Yəhya Yəmən dövlətini qurmağa başladı. Bu mövzu çox uzun olduğundan Yəmənin Osmanlı dönəmindəki idarəçiliyi barədə gələcəkdə yazım olacağı üçün yekunlaşdırıram.

İlkin Əli Məmmədli -Araşdırmaçı jurnalist
İnterpress.a