Diabet xəstələrinə yeni xəbər – Həb insulin gəlir!backend

Diabet xəstələrinə yeni xəbər – Həb insulin gəlir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, 2015-ci ildə hər 6 saniyədə bir adam şəkər xəstəliyi ilə bağlı həyatını itirib.
Dünyada səhiyyə xərclərinin yüzdə 12-si diabetli xəstələr üçün xərclənir. Bu rəqəm 2015-ci ildə 673 milyard dollar idi.
Qeyd olunur ki, diyabet xəstələrinin bir qismi isə uşaqlar təşkil edir.
Bu xəstələr hər gün insulin iynəsi istifadə etmək məcburiyyətindədir.
Diabet xəstələrinin asılı olduğu insulin iynələri artıq həb şəklində olacaq. İnsulun iynəsinin həb versiyası, xüsusilə iynədən qorxan və hər gün bunu etmək məcburiyyətində olan diabetli uşaqları sevindirəcək.
\”Təəssüf ki, dünyanın bir çox yerində insanlar inyeksiyadan (iynədən) qorxur. Əslində insulin istifadəsi aslılıq yaradır. Bu səbəbdən insanlar müalicə etməkdən imtina edirlər. Düşünürəm ki, yeni icad etdiyimiz həb şəklində olan insulin bütün xəstələrin ürəyincə olacaq. İnsulinin həb şəklində alınması insanlarda müalicəni daha tez qəbul etməsini təmin edəcək. Məhsulun istifadəyə verilməsi üçün 5 illik müddət var. Bir də işin iqtisadi tərəfi var. Bunun üçün də işlər davam edir. \” – bunu jurnalistlərə açıqlamasında insülini həb halına gətirdiklərini ifadə edən alin Geoçu Lars Rebianin Sorensün bildirdi.

İnterpress.az