Meyitdən canlı insana orqan köçürülməsi müzakirə edilirbackend

Meyitdən canlı insana orqan köçürülməsi müzakirə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz
Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrək çatışmazlığının müalicəsi müəyyən mərhələlərlə aparılır: \”İlk mərhələdə həmin xəstələr dərmanlarla müalicə olunur, sonra isə hemdializə cəlb edilir. Bundan sonra xəstələr göstərişə uyğun olaraq, böyrəkköçürmə əməliyyatına cəlb olunur. Dünyada olduğu kimi Azərbaycanda da bu gün böyrəkköçürmə əməliyyatları yalnız qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. Lakin bu gün ölkədə çox sayda insanların böyrək nəqli əməliyyatına ehtiyacı var. Ona görə də canlıdan canlıya donorluq köməyə tam çatmır\”.

F. Babayev qeyd eidb ki, meyitdən canlı insana donor köçürülməsi məsələsi Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur: \”Bu ilin iyun ayında Azərbaycanda türk transplantoloqlarının konqresi keçirilib. 21 ölkədən 500-ə yaxn qonağın iştirak etdiyi tədbirə Azərbaycanın din xadimləri dədəvət edilmişdi ki, insanlar arasında təbliğat aparılsın. Çünki insanlar dünyasını dəyişən insanların orqanlarının bağışlanma mərhələsinə şüurlu şəkildə qədəm qoya bilməlidir. Onlar anlamılıdır ki, bir çox xəstə insan məhz bu yolla şəfa tapa bilər. Bu məsələdə tibbi-nöqteyi nəzərdən heç bir problem yoxdur. Burada yalnız ictimai şüru formalaşdırmaq lazımdır\”.

İnterpress.az