İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Macronun, Trumpın şərəfinə bu axşam Eyfel Qülləsinin ikinci qatındakı Jules Verne adlı restoranda verəcəyi yemək səbəbindən günorta saatlarından etibarən qüllə ziyarətçi qəbul etmir.
Bunun yanında paytaxt Parisdə 14 iyul Milli Gün qeyd etmələri vəsiləsiylə sabah axşam ənənəvi olaraq hava fişənglər Eyfel qülləsindən atılacağı üçün qüllə sabah da ziyarətçilərə bağlı qalacaq.
Qeyd edək ki, Eyfel Qülləsini hər il təxminən 7 milyon turist ziyarət edir.
Trump, cümə günü Fransanın 14 iyul Milli Günü qeyd etmələri çərçivəsində Champs-Elysees meydanında keçiriləcək hərbi paradda Macron ilə izləyəcək. Bu keçid mərasimində Amerikalı əsgərlər Fransız əsgərlərlə gedəcək.
İnterpress.az