İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Justin Trudeau Ümumi Qubernator David Johnsonun sentyabrda təqaüdçü olmasının ardından yerinə gələcək adamı təyin etdi.
Trudeau, 54 yaşlı keçmiş astronavt Payette haqqında çox yönlü və xüsusiyyətli olaraq söz etdi.
Keçmiş astronavt etdiyi şərhdə \”Nə gözəl bir gün\” deyərək hisslərini bölüşdü.
Fransız daxil altı dildə danışa bilən Payette, 1992-ci ildə 5 min 300 adam arasından Kanada Kosmos Agentliyinə (CSA) seçilən dörd astronavtan biri olub. 1999-cu ildə Beynəlxalq Kosmos Stansiyasına gedən ilk Kanadalı astronavt olaraq tarixə yazılan Payette, 2013-cı ildən CSA-dan təqaüdə çıxıb.
Payette, Kanadanın 29 Ümumi valisi olacaq. Qeyd edək ki, Kanadada Ümumi Vali, dövlət başçısı qəbul edilən Kraliça II. Elizabethi təmsil edir. Ümumi Vali, baş nazirin təklifiylə Kraliça tərəfindən təyin edilir.
İnterpress.az