İnterpress.az xəbər verir ki, yola quraşdırılan bomba işə düşüb. Partlayış nəticəsində dörd nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
İnsident Pakistanın Belucistan əyalətində baş verib. Regional administrasiyanın başçısı Cabbar Baluç bildirib ki, hadisə Pandjqur şəhərində baş verib. Kənd sakinləri avtomobil ilə ərazidən keçəndə bomba işə düşüb.
Hələ ki, hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib. Polis istintaqa başlayıb.
İnterpress.az