İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, modellik karyerasına Türk malı neylon corab markasının reklamıyla başladığını ifadə edən Marles, Jean Paul Ataker moda evinin sahibləri Şırnaklı stilist qardaşlar Numan və Kərimə Atakerlə dost olduğunu və onlar sayəsində Türkiyəni sevdiyini söylədi.
New Yorkda təşkil edilən Amerikan Türk Cəmiyyətinin Qala gecəsinə qatılan Marles, \”Məni bura John Paul (Numan) Atakerin bacısı Kərimə dəvət etdi, dünyada gördüyüm ən gözəl parçaları istehsal edirlər və mən də bu gecə onun dizaynlarından birini geyinmişəm. Ən qısa zamanda onlarla birlikdə Türkiyəni ziyarət etmək istəyirəm. Türkiyə nağıl kimi ölkə hesab edirəm və mən həyatım boyunca bu ölkəni ziyarət etmək istədim. Türklər də bir möcüzədirlər. Burada da bir çox Türk yaşayır. Belə dəvətlər sayəsində də mən yeni türk dostları ilə tanış oluram\”-dedi.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trumla 1980-ci illərin sonunda tanış olan Marles, 93-cı ildə iş adamıyla evlənib. Cütlüyün Tiffany Ariana Trump adlı bir qızı var. Cütlük 1999-cı ildə boşanıb.
İnterpress.az