İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl verdiyi bəyanatlarda, \”Tanıdığım müvəffəqiyyətli insanların böyük əksəriyyəti tətil etmir\” deyən Trump, 17 günlük golf tətilinə çıxma qərarı aldı. Associated Pressin xəbərinə görə Trump, bu ay içərisində Ağ Evdən ayrılacaq və New Jerseydə sahibi olduğu golf klubuna gedəcək. Ağ Ev, bu iddianı nə yalan hesab edənlərə nə də doğrularkən, Trumpın konqres üzvlərinə səhiyyə qanununu keçirmək üçün hər gün işinə getməyini lazım olduğunu bildirdi.
ABŞ başçılarının ümumiyyətlə avqust ayında tətilə çıxdığı bilinirkən, Trump seçki dövründə, \”Oval Ofisdən çıxmayacağını, Ağ Evdə son damlasına qədər çalışaraq, xalqımız üçün yaxşı razılaşmalar edəcəyəm\” demişdi. Seçicilərə keçmiş başçı Obamanı pisləyən Trump, Obama ailəsinin 476.000 dollarlıq İspaniya tətilini də tənqid etmişdi.
Qeyd edək ki, yaxın zamanda Ağ Evdə vəzifəyə başlayan Trumpın tətillərinə sərf olunan məbləğ hələlik 30 milyon dollar təşkil edir.
İnterpress.az