Venesuelanın prezidenti meksikalı həmkarını “qorxaq” adlandırıbbackend

Venesuelanın prezidenti meksikalı həmkarını “qorxaq” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Meksika bundan əvvəl Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib və ABŞ-ın bu ölkə əleyhinə tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

“Penya Nyeto mənə qulaq as: sənin üçün çox ayıb olmalıdır ki, bu cür rəftara izn verirsən. Mən Penya Nyetonu rəhbəri Tramp tərəfindən namusu ləkələnmiş, zorlanmış bir qulluqçu kimi görürəm”, – deyə Maduro qeyd edib.

Venesuela prezidenti hesab edir ki, Tramp Meksika prezidentinə sərhəddə ucaldılan divarın xərclərinin ödənilməsinə dair əmrlər verir: “Siz divara görə ödənişlər etməkdən imtina etsəniz, ABŞ sizinlə bir daha görüşmək istəməyəcək”.

İnterpress.az