İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökumətinin keçən həftə Katalonyanın birtərəfli müstəqillik elanından sonra Kataloniya Muxtar Rəhbərliyinin sədri vəzifəsindən istefaya göndərdiyi Puigdemontdan yeni açıqlamalar gəlməyə davam edir. Puigdemontun Belçikalı vəkili Pol Bekaert Puigdemontun Madridə qayıtmayacağını, Belçikada izahat verməsinin məqsədəuyğun olduğunu söylədi.
İspaniyada iki ayrı məhkəməsində aparılan istintaq çərçivəsində Milli Məhkəmə keçmiş Kataloniya muxtar idarəçilik hökumətinin Sədri Karles Puigdemont və 13 hökumət üzvünü, izahat vermək üçün çağırdı. Puigdemont və digər hökumət üzvləri, dövlətə qarşı çıxmaq, qiyam və dövlət malından sui-istifadə etmə ittihamları ilə üz-üzə qaldı.
İspaniya Baş Naziri Mariano Rajoy mübahisəli müstəqillik referendumunun ardından Katalonyanın rəhbərliyini vəzifədən istefaya yollayıb, parlamenti buraxmış və 21 dekabr tarixində erkən seçkiyə dəvət etmişdi. Puigdemont isə bu proseslərin ardından haqqındakı ittihamlardan dolayı Belçikaya gedib. Belçikaya getməsindən sonra açıqlama verən keçmiş Katalon lideri sığınma tələb etməyəcəyini ifadə edib.
İnterpress.az