TƏCİLİ: Ermənistan prezidenti istefa verdibackend

TƏCİLİ: Ermənistan prezidenti istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə Armen Sarkisyan özü bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.

“Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, – o deyib.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan tərəfindən irəli sürülmüşdü.