Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 24-də Elşad Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
İnterpress.az-ın məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Novruz oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin
Qeyd edək ki, Elşad Məmmədov Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.