Bir çox sürücülər avtomobillərini tərk edərək piyada yola davam edib.
İnterpress.az xəbər verir ki, Türkiyə Hava Yolları İstanbul aeroportunda əməliyyatları yanvarın 26-sı saat 00:00-dək dayandırıb.
Həmçinin ticarət mərkəzlərinin bağlanma saatları irəli çəkilib, avtovağzalda nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub. İstanbulun bəzi rayonlarında qarın qalınlığı 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.
Qeyd edək ki, İstanbul şəhərində şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulub.