Qırğızıstan-Tacikistan sərhədində gərginlik: 1 ölü, 5 yaralıbackend

Qırğızıstan-Tacikistan sərhədində gərginlik: 1 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistanın ASIA-Plus media qrupu məlumat yayıb.

“Somoniyon kəndində münaqişə zamanı güllə yarası ilə yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir”, – məlumatda deyilir.

Yaralıların vəziyyəti stabildir. Onlar İsfara Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Tacikistan-Qırğızıstan sərhədinin insident baş verən hissəsində yaranan gərginliklə əlaqədar Tacikistan sərhədçiləri gücləndirilmiş növbətçi rejimə keçirilib. Hər iki tərəfin yerli hakimiyyət orqanlarının nümayəndələri münaqişə vəziyyətinə son qoymaq üçün bütün tədbirləri görürlər.